Mingəçevirdə iki kater toqquşub - Xəsarət alanlar var

05, 07, 25
16:30

Mingəçevirdə iki kater toqquşub - Xəsarət alanlar var


Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.

 FHN-in Mətbuat xidmətindən "Azərbaycan Reallığı"na bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

 Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

 Hadisə ilə bağlı araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın