Tovuzda avtoqəza - İki müəllim xəsarət aldı

27, 11, 24
10:30

Tovuzda avtoqəza - İki müəllim xəsarət aldı


Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Azərbaycan Reallığı"nın məlumatına görə, hadisə Qovlar şəhər ərazisində baş verib.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Ş.Əsgərova, 2003-cü il təvəllüdlü F.Bayramova və 1997-ci il təvəllüdlü A.Nofəlzadə xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

İlkin məlumata görə, xəsarət alanlar müəllimələr olub.

Faktla bağlı araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın