yuxarı
Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər YARALANDI
06, 12, 24
17:30
Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər YARALANDI
Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.
"Azərbaycan Reallığı"nın xəbəri görə, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə məlumat verilib.
Bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.
Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.
Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək