Suraxanıda göz müayinəsi aksiyası keçirildi- FOTOLAR

24, 04, 25
12:30

Suraxanıda göz müayinəsi aksiyası keçirildi- FOTOLAR


Aprelin 23-də Suraxanı Rayon İcra Hakimiyyətinin və Dünyagöz Xəstəxanasının birgə təşkilatçılığı ilə akademik, əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş göz müayinəsi aksiyası keçirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, şəhid ailələrinin, qazilərin, aztəminatlı rayon sakinlərinin və uşaqların iştirak etdiyi aksiyada Dünyagöz Xəstəxanasının həkim heyəti tərəfindən müasir oftalmoloji cihazlarla aparılmış müayinələrə əsasən pasientlərin görmə qabiliyyətləri müəyyənləşdirildikdən, göz təzyiqinin və hansısa bir xəstəlik əlaməti olub-olmadığı yoxlanıldıqdan sonra həkim Aynur Novruzova onlara müvafiq məsləhətlər verib.

Gün ərzində davam edən aksiyada maarifləndirici bukletlər paylanıb.









Bizimlə əlaqə saxlayın