Hemofiliya xəstələrə dərman pulsuz verilir - TƏBİB
Hemofiliya xəstələrə dərman pulsuz verilir - TƏBİB
TƏBİB-in Tibbi İnnovasiyalar və Təchizat Mərkəzindən tərəfindən “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” çərçivəsində dövlət büdcəsindən ayrılmış vəsait hesabına plazma mənşəli və recombinant qan faktorlarının, eləcə də innovativ preparatların satınalması həyata keçirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Azərbaycan Reallığı"nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda hemofiliya xəstələrinin müalicəsində istifadə olunan dərman vasitələri mərkəzi anbarlarda tam tələbata uyğun miqdarda mövcuddur.
Qurumdan verilən məlumata görə, ölkə üzrə qeydiyyatda olan 1769 hemofiliya xəstəsinin qan faktorları ilə təminatı mərkəzləşdirilmiş şəkildə Respublika Klinik Xəstəxanasının Hemofiliya şöbəsi tərəfindən həyata keçirilir.