Bakıda "BOOM COLLECTION" mağazası sosial şəbəkələrdə əxlaqsızlığın təbliğatını aparır?

03, 02, 25
16:00

Bakıda "BOOM COLLECTION" mağazası sosial şəbəkələrdə əxlaqsızlığın təbliğatını aparır?

Son vaxtlar Bakının Nərimanov rayonunda fəaliyyət göstərən "BOOM COLLECTION" mağazası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

"Azərbaycan Reallığı" xəbər verir ki, İddialara görə, mağazanın sahibi öz şəxsi maraqları naminə qızları pul qarşılığında soyunduraraq, onların iç geyimlərində foto və videolarını çəkdirir. Bu görüntülər daha sonra Instagram, TikTok və digər sosial platformalarda paylaşılır. 

Sosial şəbəkələrdə əxlaqsızlığın təbliği və cəmiyyətə hörmətsizlik kimi qiymətləndirilən bu paylaşımlar artıq çoxsaylı insanın narazılığına səbəb olub. Vətəndaşlar hüquq-mühafizə orqanlarını bu məsələyə müdaxilə etməyə və müvafiq tədbirlər görməyə çağırır. 

Qeyd edək ki, TikTok və digər platformalarda canlı yayımlar zamanı əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı hüquq-mühafizə orqanları dərhal tədbir görür. İnsanlar ümid edirlər ki, "BOOM COLLECTION" mağazası və onun fəaliyyəti ilə bağlı da hüquq-mühafizə orqanları lazımi ölçü götürəcək. 

Bu cür halların artmasının qarşısını almaq və cəmiyyətin əxlaqi dəyərlərini qorumaq üçün aidiyyəti qurumların məsələyə operativ reaksiya verməsi vacibdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Bizimlə əlaqə saxlayın