Gömrük qaydalarını pozan şirkət 1500 manat cərimələndi

10, 07, 25
17:30

Gömrük qaydalarını pozan şirkət 1500 manat cərimələndi


“TMTS Group” MMC gömrük qaydalarını pozduğuna görə cərimələnib.

"Azərbaycan Reallığı"nın xəbərinə görə, MMC tərəfindən Çindən Azərbaycana mal gətirilən zaman əvvəlcədən elektron formada qısa idxal bəyannaməsi verilməyib.

MMC-nin nümayəndəsi bildirib ki, Çindən malı göndərən şirkət onlara məlumat vermədiyi üçün elektron bəyannaməni vaxtında təqdim edə bilməyiblər.

Bununla da MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.

Bizimlə əlaqə saxlayın