Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yeni baş həkimi təyinatı

09, 10, 23
09:00

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yeni baş həkimi təyinatı

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə baş həkimi təyinatı olub. 

"Azərbaycan Reallığı" xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Elgün Səmədov adı çəkilən Mərkəzin baş həkimi olaraq fəaliyyət göstərəcək.
 
E.Səmədov 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirib. O, Müdafiə Nazirliyinin  hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlib. Türkiyənin Gülhanə Hərbi  Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçib.

Hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirib. Daha sonra “Leyla Medikal Center” xəstəxanasının cərrahiyyə üzrə direktor müavini işləyib.

Bizimlə əlaqə saxlayın