Gələn il Şuşada 90 çarpayılıq xəstəxana istifadə veriləcək

19, 10, 23
13:30

Gələn il Şuşada 90 çarpayılıq xəstəxana istifadə veriləcək

Gələn ilin birinci rübündə Şuşada 90 çarpayılıq xəstəxana istifadə veriləcək.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Müasir Şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" adlı sessiyada bildirib.
 
O qeyd edib ki, Şuşada su, qaz, elektrik şəbəkələri müasir tələblərə uyğun qurulur. Bundan başqa, Şuşadakı 15 tarixi abidənin bərpası prosesi başa çatıb. “ASAN xidmət”in fəaliyyət göstərəcəyi binanın bərpası işinin böyük hissəsi isə tamamlanıb.
 
A.Kərimov bildirib ki, Şuşada çox sayda otel və ticarət mərkəzinin tikintisi işi aparılır. Paralel olaraq şəhərin qədimliyi nəzərə alınmaqla, bərpa işləri xüsusi dəqiqliklə görülür.

Bizimlə əlaqə saxlayın