Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kadr təyinatı olub

13, 11, 23
14:30

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kadr təyinatı olub

Səhiyyə Nazirliyinin Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kadr təyinatı olub.

“Azərbaycan Reallığı”nın əldə etdiyi məlumata görə, tibb elmləri doktoru, professor İlham Kazımov mərkəzin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Səhiyyə Nazirliyindən də faktı "Report"a təsdiqləyiblər.
Qeyd edək ki, İ.Kazımov bundan əvvəl həmin tibb müəssisəsinin elmi katibi vəzifəsində çalışıb.

Bizimlə əlaqə saxlayın