Bakıda Vərəm Sanatoriyasının söküntüsünə başlanılır - foto

20, 11, 23
18:00

Bakıda Vərəm Sanatoriyasının söküntüsünə başlanılır - foto

Səhiyyə Nazirliyinin balansında olan Bakı şəhəri 4 nömrəli Uşaq Vərəm Sanatoriyasının köhnə binasının söküntüsünə başlanılır.

"Azərbaycan Reallığı" xəbər verir ki, onun ərazisində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanası inşa ediləcək.

Artıq yaxın vaxtda yeni inşaat işlərinin layihə-smeta sənədləri hazırlanacaq.

Söküntü və tikinti işlərini "Hinal Proje" şirkəti həyata keçirəcək.
 

Bizimlə əlaqə saxlayın