Evlərdə isti döşəmə sağlamlığa zərərlidir - Həkim

28, 11, 23
11:00

Evlərdə isti döşəmə sağlamlığa zərərlidir - Həkim

Müasir evlərin komfort nişanəsi isti döşəmə soyuq aylarda ləzzət etsə də, əslində ayaqlardan başlayaraq bütün bədən üçün zərərli ola bilər.

“Azərbaycan Reallığı” xəbər verir ki, podoloq (ayaq mütəxəssisi) Yekaterina Sergeyevna soyuq aylarda ayaq, daban çatlarının daha çox yarandığını bildirib. Buna təkan verən səbəblərdən biri də evlərdə daim quru hava, isti döşəmədir.


“Quru, çatlamış dəridən göbələk, infeksiya daha tez keçir. Bu zaman qaşınma, xoşagəlməz qoxu yaranır.
Düzgün seçilməyən qış ayaqqabısı, dar çəkmə, sintetik corab, ayaqların ev şəraitində dərinin təmizləməsi, qaşınması dərin çatlara səbəb olur.
Dərinin hidrolipid balansının pozulması qışda otaq və evlərin batareya və kombi ilə isidilməsi kollagen və elastin sintezini pozur.
Xüsusən yaşlı insanlar, uşaqlar və xroniki xəstələr, şəkər xəstələri üçün bu yolverilməzdir.
Dabanlar quruyub çatlayarsa, ona peşəkar həkim baxmalı, artıq təbəqəni götrürməli, dabanlara qulluq və müalicə yazmalıdır. Qışda otaqların qışda nəmləndirilməsi də əsas şərtdir”.

Bizimlə əlaqə saxlayın