Professordan xəbərdarlıq: “Azərbaycanda donuz qripi yayıla bilər” - FOTO

29, 11, 23
14:30

Professordan xəbərdarlıq: “Azərbaycanda donuz qripi yayıla bilər” - FOTO

"Azərbaycan Reallığı" xəbər verir ki, Böyük Britaniyada, Şimali Yorkşirdə ilk dəfə donuz qripinə yoluxma aşkar edilib. Bu barədə Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) bildirib. Məlumatda qeyd olunub ki, virus aşkar edilən şəxsin donuzlarla heç bir təması olmayıb.

Maraqlıdır, bu virusun digər ölkələrə yayılma ehtimalı nə qədərdir? Azərbaycan üçün təhlükə ola bilərmi?


Professor Adil Qeybulla mövzu ilə bağlı danışıb.

O qeyd edib ki, donuz qripinin ölkəmizə gəlmə ehtimalı var:


“Çünki Britaniya və Azərbaycan arasında mütəmadi gediş-gəliş mövcuddur, əlaqələrimiz çox genişdir. Xəstəliyin inkubasiya dövründə yoluxan şəxs Azərbaycana gəlib, yaya bilər. Bu virusla bağlı Səhiyyə Nazirliyi tərəfindən qrip vaksini gətirilib. Məsləhətdir ki, bu vaksini vurduraq.


Xüsusilə, koronavirusu ağır keçirənlər, yanaşı xəstəliyi olanlara bu peyvənd mütləq lazımdır. Çünki donuz qripinin gedişi də nisbətən ağırdır. Hesab edirəm ki, profilaktik tədbirlər indidən görülsə, yaxşı olar”.

Bizimlə əlaqə saxlayın