Qaxda qızılca xəstəliyinə ilk yoluxma qeydə alınıb

04, 12, 23
09:00

Qaxda qızılca xəstəliyinə ilk yoluxma qeydə alınıb

 Qaxda qızılca xəstəliyinə ilk yoluxma qeydə alınıb.

"Azərbaycan Reallığı"nın məlumatına görə, rayonun Qapıçay kənd sakini, 13 yaşlı Sahibə Sirac qızı Babayeva dekabrın ikisi qızılca xəstəliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Yolxucu xəstəliklər şöbəsinə daxil olub.


Məlumata görə, bu Qaxda birinci qızılca xəstəliyinə yoluxma halıdır.


S.Babayeva Qapıçay kənd orta məktəbinin yeddinci sinif şagirdidir.


Rayonun Qarabaldır kənd sakini beş yaşlı Abdurəhman Taleh oğlu Məmmədli qızılca xəstəliyi ilə bu gün Qax RMX-nın Yolxucu xəstəliklər şöbəsinə daxil olub.


Qeyd edək ki, qızılca xəstəliyinə yoluxma halı ölkənin Şimal-qərb bölgəsində ilk dəfə sentyabr ayının ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb.
Oktyabr ayının birinci ongünlüyündə isə bölgədə Zaqatala rayonunda qızılca xəstəliyi qeydə alınıb.

Bizimlə əlaqə saxlayın