Həkimdən həyəcan TƏBİLİ: “Antibiotik qəbulu bədənin müqavimətini azaldır”

13, 12, 23
16:00

Həkimdən həyəcan TƏBİLİ: “Antibiotik qəbulu bədənin müqavimətini azaldır”

“Kəskin respirator infeksiya virus mənşəlidir. İlk dövrdə antibiotik müalicəsi tətbiq edilmir. Zərurət olmadığı halda antibiotik qəbulu bədənin müqavimətini azaldır, virusa isə heç bir təsir etmir”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova nazirliyin rəsmi “Instagram” səhifəsindəki canlı yayımda respirator viruslar haqqında danışarkən deyib.

O bildirib ki, bəzən ev şəraitində həkim konsultasiyası olmadan hərarətsalıcı dərman preparatlarından istifadə edilir:


“Bədəndə hərarət yüksək olmadığı müddətcə onu aşağı salmaq doğru deyil. Hərarət bədənin müqavimətini göstərir. Hərarət 38 dərəcədən yuxarı olmadığı təqdirdə hərarətsalan dərmanların qəbulu tövsiyə edilmir. Eləcə də, antibiotik müalicəsi tövsiyə edilmir. Çünki antibiotiklər bədənin müqavimətini aşağı salmaqla orqanizmdə virus mənşəli xəstəliyin gedişatını, orqanizmi ələ keçirməsini sürətləndirir”.

Bizimlə əlaqə saxlayın