Bakıda bu klinika lisenziyadan kənar fəaliyyətə görə cəzalandırıldı

15, 12, 23
17:00

Bakıda bu klinika lisenziyadan kənar fəaliyyətə görə cəzalandırıldı

National Prime Hospital məhkəməyə verilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, klinikaya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə cərimə protokolu tərtib edilib.


Belə ki, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsi ilə tərtib edilən protokola Nəriman Rayon Məhkəməsində baxılacaq.

Sözügedən maddədə deyilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Bizimlə əlaqə saxlayın