Həkim sizə lazımsız analizlər etdiribsə, bunu tələb edin

12, 01, 24
14:30

Həkim sizə lazımsız analizlər etdiribsə, bunu tələb edin

"Həkimlər bir çox xəstəliklərin müalicə olunması zamanı xəstələri zəruri müayinələrə göndərirlər. Həmin müayinələr həkimə düzgün diaqnoz qoymağa imkan verir, eyni zamanda müalicənin zərərsiz və effektiv aparılmasına kömək edir".

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri vəkil Vamiq Şükürov deyib. O bildirib ki, belə olan halda xəstə müayinələrin nə qədər əsaslı və lazımlı olmasını bilmək hüququna malikdir:


"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əsasən, hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir (maddə 25).


Əgər həmin müayinələrin və ya onun bir hissəsinin xəstəliyin müəyyən olunması və müalicə edilməsində zəruri olmaması təsbit edilərsə, xəstənin həkimə və ya həkimin işlədiyi klinikaya qarşı tələb irəli sürmək hüququ yaranır".


Hüquqşünas deyir ki, xəstə sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün zəruri olmayan və ya müalicənin düzgün və effektiv aparılmasına təsir etməyən müayinələrə xərclədiyi pulun geri qaytarılmasını tələb edə bilər:


"Bunun üçün ilk növbədə mütəxəssis rəyi verilməlidir. Əgər mütəxəssis  müayinələrin lazımsız və zəruri olmaması qənaətinə gələrsə, buna görə ödənilmiş pulu həkim və ya onun işlədiyi klinika xəstəyə ödəməlidir".

Bizimlə əlaqə saxlayın