Elektron resept nədir, ondan necə istifadə edilir? - FOTO

17, 01, 24
14:30

Elektron resept nədir, ondan necə istifadə edilir? - FOTO

Azərbaycanda ilk dəfə elektron resept təqdim olunub.

"Azərbaycan Reallığı"nın məlumatına görə, yeni sistem, kağız dövriyyəsini azaltmaqla yanaşı, həkimlərin xəstələrə daha sürətli xidmət göstərməsinə şərait yaradacaq. Bununla da xəstə həkimin yazdığından əlavə preparat qəbul etməyəcək.

Elektron resept nədir? 


Elektron resept tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur.


Elektron resept sistemi vətəndaşlara dərman vasitələrinin yazılması və əldə olunması prosesində tam şəffaflığı və əlçatanlığı təmin edir. Pasiyent müayinə olunduqdan sonra ona yazılacaq hər bir dərman preparatı, elektron sistemdə vahid olaraq yerləşdirildikdə, ümumi sistemdən görünəcək.
Elektron reseptdən istifadə üçün ”Reseptim” tətbiqini yükləmək lazımdır. Vətəndaşlar FİN-ə (fərdi identifikasiya nömrəsi) uyğun olaraq elektron resepti əldə edə biləcəklər. Elektron resept tətbiq edildikdən sonra bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası da təmin ediləcək.


Qeyd edək ki, Rəqəmsal Səhiyyə ekosisteminin başlıca məqsədi, vətəndaşların keyfiyyətli, təhlükəsiz və etibarlı səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir.


Rəqəmsal Səhiyyənin inkişafı vətəndaşın sağlamlıq tarixçəsi ilə bağlı müfəssəl məlumatları, o cümlədən xəstəliklər və müasir müalicə üsullarını vahid rəqəmsal platforma üzərində birləşdirərək bütün tibb müəssisələri üçün onlayn formatda əlçatanlığı təmin edəcək.

Bizimlə əlaqə saxlayın