Məhəmmədi modul xəstəxanasına xeyli qızılcalı uşaq gətirilib - KİV - FOTO

19, 01, 24
17:30

Məhəmmədi modul xəstəxanasına xeyli qızılcalı uşaq gətirilib - KİV - FOTO

Artıq 2 aydan çoxdur ki, paytaxt Bakı və bölgələrdə qızılca sürətlə yayılmaqdadır.

Bu müddətdə 15-ə yaxın uşaq və gənc vəfat edib.


"Azərbaycan Reallığı" xəbər verir ki, hələ dekabrda koronavirus pandemiyası zamanı açılan və sonradan bağlanan modul tipli xəstəxanaların qızılca səbəbindən açılacağı barədə redaksiyasına məlumat daxil olmuşdu.


Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərdikləri, suallarının cavabsız qaldığı bildirilir.


Media qurumunun iddiasına görə, modul tipli xəstəxanaya qızılcaya yoluxan xeyli uşaq yerləşdirilib. 


"Artıq sosial şəbəkələrdə onlarla valideyn də uşağının Məhəmmədi kəndindəki modul tipli xəstəxanada müalicə aldığını təsdiqləyib.


Ötən həftə redaksiyamıza müraciət edən bir xanım uşağının təcili yardımla Məhəmmədi modul xəstəxanasına aparılmasına kömək etməyimizi xahiş etmişdi. Lakin uşağın durumu ağır olmadığı üçün o, evdə saxlanıldı.


Məhəmmədiyə təkcə Bakıdan yox, bölgələrdən də qızılcalı uşaqlar gətirildiyi bildirilir", - yazan BakuPost saytı sual edir ki, "rəsmi stastistika niyə gizlədilir".

Bizimlə əlaqə saxlayın