4 aylıq körpə qızılcadan vəfat etdi - RƏSMİ AÇIQLAMA

29, 01, 24
14:00

4 aylıq körpə qızılcadan vəfat etdi - RƏSMİ AÇIQLAMA

TƏBİB Cəlilabad rayonunda ölən körpə ilə bağlı açıqlama yayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, 27.01.2024-cül il tarixində Cəlilabad rayonunun Günəşli kənd sakini 21.09.2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib.

Həkimlərin bütün səylərinə baxmayaraq, 28.01.2024-cü il tarixində saat 19:40 radələrində ölüm qeydə alınıb.

Bizimlə əlaqə saxlayın