Ölümcül xəstəliklərin müalicəsi üçün dərmanlar pulsuz verilə bilər

02, 02, 24
17:30

Ölümcül xəstəliklərin müalicəsi üçün dərmanlar pulsuz verilə bilər

Ambulatorda dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulur.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, ilkin mərhələdə ölkədə ən çox rast gəlinən və ölüm hallarına səbəb olan xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin sığortaya daxil edilməsi hədəflənir:

"Bura kardioloji, həzm sistemi, tənəffüs sistemi xəstəlikləri aiddir. Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanıb, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim edilib. Görüləsi çox işlər var, bütün hədəflərimizə çatmaq üçün icbari tibbi sığortanın maliyyə dayanıqlığı tam təmin edilməlidir".

Bizimlə əlaqə saxlayın