Gəncədə xəstəxanada ölən uşaqla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

20, 02, 24
14:00

Gəncədə xəstəxanada ölən uşaqla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

"Azərbaycan Reallığı" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə doqquz yaşlı qız xəstəxanada ölməsi ilə bağlı açıqlama verib.

TƏBİB-dən bildirilib ki, 2014-cü il təvəllüdlü (qadın cinsli) şəxs fevralın 20-i, saat 02:50-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə yerləşdirilib:

“Ona plevrit diaqnozu qoyulub. Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 04:00-da bioloji ölüm baş verib. Ölüm səbəbi kimi tənəffüs çatışmazlığı qeyd olunur”.

Bizimlə əlaqə saxlayın