Bakıda azyşalı narkozdan komaya düşüb - İDDİA

01, 03, 24
11:00

Bakıda azyşalı narkozdan komaya düşüb - İDDİA

Bakıda 11 yaşlı qız ona verilən narkozdan sonra komaya düşüb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Esmira Cavadova sosial şəbəkələrdə iddia edib:

"Dostumuz Zamin Babayev 11 yaşlı qızını Bakı Sağlamlıq Mərkəzinə aparıb ki, dişinə plomb qoyulsun. Uşaq müayinə olunmadan narkoz verilib, üstəlik də yüksək dozada. Komaya düşüb, bir neçə gün əvvəl Mərkəzi Klinik Xəstəxanaya köçürülüb, aparata qoşulub. Zamin deyir, həkim yaxasını kənara çəkir, anestezoloq ümumiyyətlə, ortalıqda yoxdur", - deyə o qeyd edib.

Bakı Sağlamlıq Mərkəzindən Ölkə.Az-a bildirilib ki, gün ərzində məsələ ilə bağlı açıqlama veriləcək.

Bizimlə əlaqə saxlayın