Bu gün Beynəlxalq Həkimlər Günüdür

02, 10, 23
18:00

Bu gün Beynəlxalq Həkimlər Günüdür


Hər il oktyabrın 2-si dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, həmin günün qeyd edilməsi Ümumdünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” Beynəlxalq Humanitar Təşkilatının birgə təşəbbüsüdür.

Hər il “Sərhədsiz həkimlər”in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərir.

Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparırlar. Hər il “Sərhədsiz həkimlər” təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edir.

Həkimlik qədim olduğu qədər də ən məsuliyyətli peşələrdən biridir. Bəşəriyyət yaranandan ona həmişə yüksək dəyər verilib və hörmətlə yanaşılıb. Həkimlər və şəfa sahibləri qazandıqları təcrübəni paylaşaraq gələcək nəsillərə çatdırıblar.

Əvvəllər həkimlər dərman bitkiləri, məlhəmlər, minerallar və müxtəlif rituallardan istifadə etsələr də, onların müalicəsi bəzən cadu və ya mistika hesab olunsa da, bu peşə çox hörmətlə qarşılanırdı. Zaman keçdikcə təbabət elmə çevrilərək irəli gedib. İnsanlar vəba, çiçək, vərəm, qarayara kimi dəhşətli xəstəliklərə qalib gəlməyi öyrəniblər. Bütün bunlar insanın orta ömrünü əhəmiyyətli dərəcədə artırmağa və onların sağlam yaşamağına imkan yaradıb.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın