Aygün Kazımova yenə bunu bacardı - VİDEO

13, 12, 24
11:30

Aygün Kazımova yenə bunu bacardı - VİDEO


Xalq artisti Aygün Kazımovanın bir neçə gün əvvəl işıq üzü görən "1" mahnısı izlənmə rekortları qırıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Pop kraliçanın Kazım Canla dueti artıq hitə çevrilib. Bir günün içində yutubda trendə düşən "1" ikinci sıraya yüksəlib. 

Məşhur duet "Apple Music"də top 5-likdə yer alıb. Yutub da isə mahnı 1 milyona yaxın baxış toplayıb. 

"1" həmçinin TikTok-da da viral olub. Bəstəyə çəkilən videoların sayı 20 mini keçib. 

Qeyd edək ki, bu Kazımovanın 2024-cü ildə hitə çevrilən ilk mahnısı deyil. Pop kraliçanın "Bilmək olmaz" və "S.O.S" mahnıları da ilin ən çox dinlənilənləri olublar. 






Bizimlə əlaqə saxlayın