Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

29, 01, 25
09:30

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb


Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfər üçün yola düşüb.

Bu barədə "Azərbaycan Reallığı"na Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksəksəviyyəli ikitərəfli görüşləri planlaşdırılır.


Bizimlə əlaqə saxlayın