Ceyhun Bayramov Səudiyyə Ərəbistanına GETDİ

07, 03, 25
15:30

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına GETDİ


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Ciddə şəhərinə işgüzar səfərə yola düşüb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.


Bizimlə əlaqə saxlayın