Prezidentdən Xanlar Vəliyevlə bağlı SƏRƏNCAM

17, 03, 25
15:00

Prezidentdən Xanlar Vəliyevlə bağlı SƏRƏNCAM


Baş prokurorun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Xanlar Vəliyev prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb. 

Qeyd edək ki, ədliyyə general-leytenantı ötən həftə 70 yaşını qeyd edib.


Bizimlə əlaqə saxlayın