Azərbaycan XİN İspaniyaya başsağlığı verib

30, 10, 24
11:30

Azərbaycan XİN İspaniyaya başsağlığı verib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) daşqın nəticəsində həyatını itirənlərlə bağlı İspaniya hökumətinə başsağlığı verib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“İspaniyanın Valensiya bölgəsində daşqınlar nəticəsində insanların həyatını itirməsi və fəsadlar bizi dərindən kədərləndirir. Təbii fəlakətlə əlaqədar həlak olanların ailələrinə, eləcə də İspaniya hökumətinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.


Bizimlə əlaqə saxlayın