yuxarı
To Lam Şəhidlər xiyabanını ziyarət etdi
08, 05, 25
09:00
To Lam Şəhidlər xiyabanını ziyarət etdi
Ölkəmizdə dövlət səfərində olan Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib.
"Azərbaycan Reallığı" xəbər verir ki, Baş katib To Lam Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək