yuxarı
"Azərsun" holdinqə qarşı şok iddia
27, 12, 19
17:05
"Azərsun" holdinqə qarşı şok iddia
Azersunun sabiq işçisi həbs olunmasının əsl səbəbini açıqlayıb. O, haqsızlıqla üz-üzə qaldığın bildirib. M.Talehin dediklərini sizə təqdim edirik:
2019-cu ildə həbsdən çıxan Taleh.M.V açıqlaması
"Mən 3 ildən artıq müddətdə Azərsun Holding şirkətlər qrupunun depolarının birində 'mal qəbulu' vəzifəsində çalışmışam. Çalışdığım müddətdə bir çox qayda pozuntuları və hadisələrlə qarşılaşmışam.
İlk dəfə müəmmalı şəkildə boş gələn tırlardan mal qəbul etməyim istənildi və bunun normalda heç bir problem olmadığı malların rezerv anbarda saxlanıldığı deyildi, sonradan anladım və əslində deyildiyi kimi olmadığı bildim. Getdikcə artan bu prosesə etiraz etdikdə mənə işini davam et, onsuz da bu günə qədər bütün sənədlərə imza atmısan, başın ağrımasın deyilərək təhdid edildim.
Buna baxmayaraq işdən ayrılmaq istədiyimi bildirdim. Bir müddət sonra məni məhkəməyə verərək külli miqdarda yeyinti iıə həbs etdirdilər. İçəridən çıxdıqdan sonra müxtəlif dövlət orqanlarına şikayət etsəm də heç bir nəticə olmadı. Məsələni biraz da araşdırdıqdan sonra ilk qurban olmadığım və məndən öncədə fərqli anbarlarda çalışan işçilərində bu hadisənin qurbanı olduğunu öyrəndim."
Qeyd edək ki, "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətlər qrupudur.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək