Tramp qələbəsini elan etdi

06, 11, 24
10:00

Tramp qələbəsini elan etdi


Respublikaçı namizəd Donald Tramp Florida ştatındakı "Palm Beach" Konqres Mərkəzində qələbə nitqi söyləyib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, xalqına onu Amerikanın 47-ci prezidenti seçdiyi üçün təşəkkür edən Tramp deyib:

"Görünməmiş siyasi qələbə. Məni yenidən 47-ci prezident seçdikləri üçün bütün xalqıma təşəkkür edirəm".
 Tramp eyni zamanda əlavə edib ki,  respublikaçılar  Senata seçkiləri də  qazandı. "Biz Senatı da qazandıq. ABŞ-ı ayağa qaldıracağıq. ABŞ-ı yenidən  möhtəşəm edəcəyik". - o qeyd edib.


Bizimlə əlaqə saxlayın