Ermənistandan qeyri-adi “təbrik”: İrəvanda ay-ulduzlu Rusiya bayrağı asıldı

12, 06, 25
14:30

Ermənistandan qeyri-adi “təbrik”: İrəvanda ay-ulduzlu Rusiya bayrağı asıldı


Rusiyanın milli bayramı – Rusiya Günü münasibətilə Ermənistanın paytaxtı İrəvanda maraqlı və mübahisəli hadisə baş verib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Fransa meydanında naməlum şəxslər tərəfindən üzərində Rusiya trikoloru, ay və ulduz təsviri olan bayraq asılıb. Bu, sosial şəbəkələrdə və yerli ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Ermənistan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, bayraq artıq çıxarılıb və hadisə ilə bağlı “inzibati tədbirlər” görülüb.

Hadisəni törədən şəxslərin kimliyi hələlik müəyyənləşdirilməyib.

Rəsmilər məsələni araşdırmağa davam edir.


Bizimlə əlaqə saxlayın