Azərbaycanla Şimali Makedoniya arasında viza ləğv edildi

01, 07, 25
18:00

Azərbaycanla Şimali Makedoniya arasında viza ləğv edildi


Azərbaycanla Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, saziş bu ilin martın 12-də Bakı şəhərində imzalanıb.


Bizimlə əlaqə saxlayın