Qırğız Prezidentinin Xankəndi səfəri başa çatdı

04, 07, 25
16:30

Qırğız Prezidentinin Xankəndi səfəri başa çatdı


Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Sadır Japarovu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.


Bizimlə əlaqə saxlayın