BMT-də Azərbaycanın irəli sürdüyü qətnamə QƏBUL EDİLDİ

14, 10, 23
09:30

BMT-də Azərbaycanın irəli sürdüyü qətnamə QƏBUL EDİLDİ

BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
Oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qətnamə qəbul edilib.
 
Bu barədə "Azərbaycan Reallığı"-na Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
 
İnkişaf hüququ Qoşulmama Hərəkatı üçün xüsusi əhəmiyyət kəsb edən və hərəkatın gündəliyində önəmli yer tutan əsas mövzulardandır.

Bizimlə əlaqə saxlayın