Samvel Babayan sərsəmlədi: “Status verilməsə, ermənilər Qarabağa qayıtmayacaq”

16, 10, 23
11:30

Samvel Babayan sərsəmlədi: “Status verilməsə, ermənilər Qarabağa qayıtmayacaq”


“Biz ilk növbədə anlamalıyıq ki, Azərbaycan nəyə, hansı danışıqlara hazırdır”.

"Azərbaycan Reallığı"nın məlumatına görə, bunu separatçıların Qarabağdan İrəvana qaçmış “keçmiş müdafiə naziri” Samvel Babayan jurnalistlərlə söhbətində bildirib.

 O, Qarabağı tərk etmiş ermənilərin kütləvi şəkildə geri qayıtmasını yalnız bir halda real hesab edir.
 
S.Babayan hər zamankı kimi sərsəmləyib. Onun sözlərinə görə, Qarabağa xüsusi status - muxtar vilayət statusu verilməsə, erməni sakinlər geri qayıtmayacaq.

Samvel Babayan danışdığı "nağıl"a yəqin ki, özü də inanmır. Çünki Qarabağı tamamilə nəzarətə alan Azərbaycan Respublikası əvvəldən hər hansı statusun olmayacağını bəyan edib. Rəsmi Bakı dəfələrlə Qarabağdan köçən ermənilərə reinteqrasiya təklifləri etsə də, onlar könüllü şəkildə bundan imtina ediblər.

Bizimlə əlaqə saxlayın