Ordenli deputatlar - “Şərəf” və “Şöhrət”li parlamentarların SİYAHISI

24, 10, 23
16:30

Ordenli deputatlar - “Şərəf” və “Şöhrət”li parlamentarların SİYAHISI

Dövlət başçısının ötən gün imzaladığı sərəncamla Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

Bu gün 60 yaşı tamam olan deputata Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni verilib.

Bu təltifdən sonra Ziyafət Əsgərov Milli Məclisdə iki yüksək statuslu ordenə malik 8-ci deputat olub.

"Azərbaycan Reallığı" “Şərəf” və “Şöhrət” ordenlərilə bağlı maraqlı məqamları təqdim edir:

Qeyd edək ki, statusuna görə, “Şərəf” ordeni “Şöhrət” ordenindən üstündür. Bu ordenlər döşün sol tərəfinə taxılır. Bu zaman öncə “Şərəf”, ardınca “Şöhrət” ordeni gəlməlidir.

“Şərəf” ordeni aşağıdakı xidmətələrə görə verilir:

- Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə;
- Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə;
- İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə;
- Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.

“Şöhrət” ordeni isə aşağıdakı xidmətələrə görə verilir:

- İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə;
- Sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;
- Sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;
- Elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.

Qeyd etdiyimiz kimi, parlamentdə 8 deputat həm “Şərəf”, həm də “Şöhrət” ordeni daşıyır. Onlar aşağıdakı parlamentarlardı:

Əhliman Əmiraslanov;
Ziyafət Əsgərov;
Eldar ibrahimov;
İsa Həbibbəyli;
Ziyad Səmədzadə;
Vasif Talıbov;
Eldar Quliyev;
Cavanşir Paşazadə.

Milli Məclisdə yalnız “Şöhrət” ordeni daşıyan deputatlarının siyahısı isə belədir:

Fəzail Ağamalı;
Aqil Abbas;
Nizami Cəfərov;
Vahid Əhmədov;
Bəxtiyar Əliyev;
Rauf Əliyev;
Oqtay Əsədov;
Cavanşir Feyziyev;
Hicran Hüseynova;
Fəzail İbrahimli; 
Məlahət İbrahimqızı;
İmamverdi İsmayılov;
Musa Qasımlı;
Musa Quliyev;
Səttar Möhbalıyev;
Asim Mollazadə;
Elman Məmmədov;
Aqiyə Naxçıvanlı;
Siyavuş Novruzov;
Sabir Rüstəmxanlı;
Tahir Rzayev;
Bəxtiyar Sadıqov;
Ağalar Vəliyev;
Mixail Zabelin.


Bizimlə əlaqə saxlayın