İran yaxın saatlarda hücum edəcək: Müharibə başlayır?

25, 10, 23
16:00

İran yaxın saatlarda hücum edəcək: Müharibə başlayır?

İran yaxın saatlarda ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinə hücum edəcək.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.
Məlumata görə, İranın dəstəklədiyi proksi qüvvələrin ABŞ qüvvələrinə qarşı hücumu artırmağı planlaşdırdığına dair kəşfiyyat məlumatları mövcuddur.


Adının açıqlanmadığı ABŞ rəsmisi bildirir ki, İran bölgədəki silahlı qruplarına ABŞ və İsrail hədəflərinə hücum etmək təlimatı verib. Bu hücumun yaxın saatlarda baş verə biləcəyi gözlənilir.
Vaşinqton müxtəlif səviyyələrdə İrana xəbərdarlıqlar edib. Dövlət katibi Entoni Blinken də BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, İranla hərbi qarşıdurmanın baş verməsini istəmirlər, lakin ABŞ qüvvələrinə hücum edilərsə, cavab veriləcək.


Beynəlxalq mütəxəssislər hesab edirlər ki, mövcud situasiyada Yaxın Şərqdə ABŞ qüvvələrinə hücum olarsa, bu, genişmiqyaslı hərbi toqquşmaya səbəb olacaq və bu halda İsrail-HƏMAS müharibəsinin yaxın perspektivdə regional müstəviyə keçə biləcəyi istisna edilmir.

Bizimlə əlaqə saxlayın