Bakıda saxlanılan separatçı başçılardan yeni XƏBƏR VAR

09, 11, 23
11:00

Bakıda saxlanılan separatçı başçılardan yeni XƏBƏR VAR

Qarabağdan qovulmuş erməni separatçılarının Bakıda həbsdə saxlaınaln keçmiş başçılarından yeni xəbər var.

"Azərbaycan Reallığı" xəbər verir ki, özünü buraxmış keçmiş qondarma “Artsax liderləri”nin sağlamlıq vəziyyəti və saxlanma şəraiti barədə məlumat onların ailələrinə çatdırılıb.

Bu barədə Ermənistanın  Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi bildirib.

Onun sözlərinə görə, 19-20 sentyabr antiterror tədbirlərindən sonra saxlanılaraq Bakıya aparılmış 16 nəfər, o cümlədən qondarma “Artsaxın liderləri” haqqında məlumatlar həmin şəxslərin yaxınlarına təqdim olunub. Bu məlumata onların səhhəti, saxlanma şəraiti, eləcə də fotoları daxil edilib.

Bizimlə əlaqə saxlayın