“The Guardian” qəzetində Azərbaycanın əleyhinə yazılmış məqalələrə cavab verilib

11, 11, 23
12:00

“The Guardian” qəzetində Azərbaycanın əleyhinə yazılmış məqalələrə cavab verilib

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun nüfuzlu "https://www.theguardian.com">The Guardian" qəzetinə ünvanladığı məktubu dərc olunub. Məktubda bu qəzet tərəfindən ölkəmizin əleyhinə son aylar dərc olunmuş məqalələrə cavab verilib.

Səfirlikdən "Azərbaycan Reallığı"na verilən məlumata görə, bildirilib ki, işğaldan azad edilmiş ərazilər birmənalı olaraq beynəlxalq səviyyədə Azərbaycanın tanınmış əraziləridir və bu fakt BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə də təsdiq edilib.

Həmçinin qeyd olunub ki, hər bir dövlətin öz ərazi bütövlüyünü müdafiə etməsi BMT nizamnəməsində qeyd olunduğu kimi onun ən əsas vəzifəsidir.

Bildirilib ki, Cənubi Qafqazda sülhə başlıca mane olan Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsi artıq ortadan qaldırılıb və hər iki ölkənin rəhbərliyi tərəfindən yaxın aylarda sülhün əldə oluna biləcəyi bəyan edilib.

Azərbaycanın beynəlxalq enerji tərəfdaşları ilə əməkdaşlıqdan əldə olunan gəlirlərinin səhiyyə, infrastruktur, təhsil və digər sahələrə yönəldiyi qeyd olunub, nəticədə Azərbaycanın Cənubi Qafqaz regionunda ən inkişaf etmiş ölkəyə çevrildiyi bildirilib. Ermənistan ilə sülh razılaşmasının isə bütövlükdə regiona sabitlik və iqtisadi inkişaf gətirəcəyi vurğulanıb.

Ətraflı bu linkdən tanış olmaq mümkündür: https://www.theguardian.com/world/2023/nov/10/azerbaijan-is-acting-in-self-defence

Bizimlə əlaqə saxlayın