Kəmaləddin Qafarov Ekologiya və Təbii Sərvətlər naziri olmaq istəyir?

23, 11, 23
11:30

Kəmaləddin Qafarov Ekologiya və Təbii Sərvətlər naziri olmaq istəyir?

Bir müddət əvvəl deputatlardan biri - adı müxtəlif qalmaqallarda hallanan Kəmaləddin Qafarovla bağlı ilginc informasiyalar yayıldı. Aydın oldu ki, bəzi qaynaqlar Qafarovun nazir postuna tədarük gördüyünü iddia edirlər.

Məlumata görə, məhz bu səbəbdən Qafarov mediada özünütəbliğə ciddi vəsait xərcləməyə başlayıb. Hazır məqalələri öz adından yaydıran deputat eyni zamanda yerli KİV-də hərşeyşünas ekspert kimi də görünərək özünü açıq şəkildə yeni posta hazırlamaqdadır.

Kimdir Qafarov? O, nazir postuna gətirilə bilərmi?

Bu barədə yetərincə yazılar yazılıb.

Bizi isə hazırda maraqlandıran Qafarovla bağlı müşahidə olunan yeni gəlişmədir.

Bildirilir ki, az qala bütün mövzularda "yazdığı" məqalələrlə çıxış edib, özünü gözə soxmağa maraqlı olan Kəmaləddin Qafarov hələ də nazir olacağına ümid edir. Kimin yerinə?

Bu barədə iddia olunan əsas xəbər odur ki, Qafarov Ekologiya və Təbii Sərvətlər naziri olmaq eşqindədir və bu yolda hələlik yürüyür...(DİA.AZ)

Bizimlə əlaqə saxlayın