Mirziyoyevin Bakı səfəri başa çatdı

24, 11, 23
19:00

Mirziyoyevin Bakı səfəri başa çatdı

"Azərbaycan Reallığı" xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Prezident Şavkat Mirziyoyevi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Bizimlə əlaqə saxlayın