yuxarı
General rütbəsi verilənlər kimdir? - FOTO
16, 12, 23
09:00
General rütbəsi verilənlər kimdir? - FOTO
"Azərbaycan Reallığı"nın xəbər verdiyi kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla FHN-in 3 polkovnikinə general rütbəsi verilib.
General-mayor ali hərbi rütbəsi verilən Şahin Mirzəyev hazırda Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri vəzifəsini tutur. O, daha əvvəl FHN-in Şimal Regional Mərkəzinin rəisi və digər vəzifələrdə çalışıb.
Fotoda Şahin Mirzəyev
Daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilən Asif Məmmədli isə hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi vəzifəsində çalışır. O, bir müddət əvvəl FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini vəzifəsindən azad edilərək DYMX-nin rəisi təyin edilib.
Fotoda Asif Məmmədli
Fotoda: Aqşin Kazımov
Qeyd edək ki, Prezidentin sərəncamı ilə general-mayor Etibar İsmayılovun də rütbəsi artırılıb. General-leytenant rütbəsi verilən E.İsmayılov hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.
Mənbə: Qafqazinfo
Fotoda: Etibar İsmayılov
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək