“EY Azərbaycan” “İlin İş Adamı” 2023-2024 müsabiqəsi keçirir

20, 12, 23
18:00

“EY Azərbaycan” “İlin İş Adamı” 2023-2024 müsabiqəsi keçirir

EY Azərbaycan şirkəti kiçik və orta sahibkarlıq subyektlərini “İlin İş Adamı” 2023-2024 müsabiqəsində iştirak etməyə dəvət edir. 

Ərizələrin qəbulu 29 dekabr 2023 tarixinədək davam edəcək. 


Bu nüfuzlu və unikal proqram innovativ ideyaları və müvəffəqiyyət qazanmaq istəyi ilə bazarda fəaliyyət göstərən və cəmiyyətə müsbət təsir göstərən uğurlu namizədliklərini (ərizələrini) qəbul edir.


Kimlər iştirak edə bilərlər?


- Namizəd və onun təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərməlidir. 
- Namizəd şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və rəhbər vəzifə tutmalıdır. 
- Son iki il ərzində şirkətin dövriyyəsi ən azı bir maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır. 
- Namizəd son iki il üzrə vergi nəticələrinin izlənilə bilməsini təmin etməli və maliyyə hesabatlarını təqdim edə bilməlidir.


Namizədliyi necə irəli sürmək olar?


Uyğunluq meyarları ilə bağlı daha ətraflı məlumat almaq və namizədliyi irəli sürmək üçün www.eoy.az saytına daxil olun.


Proqramın cədvəli


Namizədlik üçün ərizələr 29 dekabr 2023-ci il tarixinədək təqdim edilməlidir.
Namizədlər 2024-cü ilin fevral ayı ərzində müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcəklər.


“EY İlin İş Adamı” proqramının milli mərhələsinin finalçıları və yekun qalib fevral ayında keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.


Milli qalib iyun ayında keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində yarışmaq üçün Monakoya səfər edəcək.


Münsiflər heyəti


Namizədliyin irəli sürülməsi və seçim prosesinin ardınca müstəqil münsiflər heyəti tərəfindən uyğun namizədlər arasından finalçılar və qaliblər seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar.


“EY İlin İş Adamı” proqramı haqqında


EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.

Bizimlə əlaqə saxlayın