“Bu məqalə nifrət oyatmağa çalışır”

23, 12, 23
15:00

“Bu məqalə nifrət oyatmağa çalışır”

Fransanın “La Tribune” qəzeti, bu ilin 17 dekabr tarixində bir qrup fransız seçkili orqanlarının nümayəndələrinin imzaladığı və sözügedən qəzetin dərc etdiyi məqaləyə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın cavabını işıqlandırıb.

“Azərbaycan Reallığı”nın məlumatına görə, səfir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında ədalətli və davamlı sülhün bərqərar olması perspektivi heç vaxt bu qədər güclü olmadığı bir halda, özünü Ermənistanın dostu kimi təqdim edən Fransanın seçilmiş orqanlarının bir qrup nümayəndəsinin imzaladığı və tərəfinizdən dərc edilmiş "COP29 Bakıda, utanc və ləyaqətsizlik görüşü" başlıqlı məqalə bir çox səbəblərdən anlaşılmaz və qəbuledilməzdir:


“İlk növbədə ona görə ki, o, COP29-un Bakıda keçirilməsi qərarının qəbul edilməsi ilə bağlı diplomatik prosesə məhəl qoymur.  Xatırladırıq ki, bu qərar yekdilliklə qəbul edilib, o cümlədən Fransa və Azərbaycanın xeyrinə öz namizədliyini geri götürən Ermənistanın özünün dəstəyi ilə qəbul edilib. 


İkincisi, ona görə ki, Azərbaycan və Ermənistanın bu yaxınlarda qəbul etdiyi birgə bəyanat yalnız iki ölkə arasında etimadın yaradılması deyil, həm də ümumilikdə bölgədə dayanıqlı sülhün təmin edilməsi istiqamətində atılan təqdirəlayiq addım olduğu bir vaxtda, bu məqalə nifrət oyatmağa çalışır.


Üçüncüsü, ona görə ki, bu məqalə yalanları əks etdirir. O yalanlar ki, hətta ermənilər belə buna əl atmırlar! Vurğulayırıq ki, Azərbaycan 1991-ci ildən müstəqilliyni bərpa edən, həqiqi demokratik prosesi həyata keçirən, tamamilə dünyəvi, kişilər və qadınlar arasında bərabərliyə sadiq (azərbaycanlı qadınlar fransız qadınlardan 26 il əvvəl səs vermək hüququna malik olublar), tam iqtisadi inkişafda olan gənc dövlətdir. Belə ki, Azərbaycan hidrokarbonatların istehsalçısı olsa da, çox iddialı proqramlar həyata keçirir.


Ermənistanın dostu olan bir qrup fransız nümayəndəsi, bu platformadan istifadə edərək əslində Azərbaycana qarşı qarayaxma ilə məşğul olmaqla yanaşı, Ermənistanın seçimlərini pisləyir və iki dövlət arasında sülh prosesinə əngəl törədirlər.


Bu tarixi bir məqamda, hal-hazırda nadir hallarda rast gəlinən və milyonlarla insana firavanlıq və xoşbəxtlik gətirəcək sülh prosesini irəli aparmağın şübhəsiz ki, mümkün olduğu bir vaxtda, fransız seçkili oraqanlarının nümayəndələri özlərini fransız diasporunun radikal təmsilçilərinin ruporu kimi aparmaqla deyil, sülh prosesini dəstəkləməklə fayda əldə edəcəklər.”

Bizimlə əlaqə saxlayın