Qalib ölkənin qürurlu vətəndaşı kimi İLHAM ƏLİYEVƏ SƏS VERİRİK! - fotolar

21, 12, 23
17:17

Qalib ölkənin qürurlu vətəndaşı kimi İLHAM ƏLİYEVƏ SƏS VERİRİK! - fotolar


 2018-ci ilin aprelində prezident seçkilərində yenidən xalqın etimadını qazanan dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində ölkə həyatının bütün sahələrini əhatə edəcək dərin islahatların, yeni siyasi konfiqurasiyanın anonsunu vermişdi. Prezident İlham Əliyevin “Bizim sözümüz imzamız qədər keçərlidir” fikri həyatda növbəti dəfə əyani təsdiqini tapdı.

İlham Əliyevin humanizmini, ədalətini əks etdirən sərəncamları, imzaladığı qanunlar insanlara qayğının təzahürüdür. Onun ötən gün Xankəndi stadionunda şəhid balaları ilə səmimi söhbətləri əsl vətənpərvər azərbaycanlı olmasının, müharibə qaziləri və əhalinin digər həssas təbəqələrinin nümayəndələrini daim diqqətdə saxlaması da həmçinin nəcib addımları ilə fərqlənən liderliyinin göstəricisidir.

Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Dövlətimizin başçısı yurdumuzun işğaldan tam azad edilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, Azərbaycan bayrağının 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu.

Hazırda isə Böyük Qayıdışın reallaşması üçün eyni qətiyyəti və əzmkarlığı göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Vətəndaşlar da öz növbəsində Prezidentinə qəlbən inanır, taleyini ona etibar edir, ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, öz liderinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyurlar.

Qarşıdan gələn fevralın 7-də bizi seçki bayramı gözləyir: “Qalib xalq və qürurlu vətəndaş olaraq Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Göygöl filialının İdarə Heyətinin üzvləri Zaməddin Allahverdiyev (I və II Qarabağ müharibəsinin qazisi, şəhid atası), Yusibov Allahverdi (II Qarabağ müharibəsi qazisi) və Elvin Əkbərov (Vətən müharibəsinin qazisi) zəfər seçkisinə gedəcəyik. Təbii ki, biz bir vətəndaş olaraq Azərbaycanın inkişafına, parlaq və işıqlı gələcəyinə səs verəcəyik.  Namizədimiz isə sınanmış, etibarlı və qətiyyətli lider, Azərbaycanımızı zirvələrdən zirvələrə daşımış, xalqımızı xoşbəxt və firavan həyata qovuşdurmuş cənab İlham Əliyevdir. Əminik ki, onun sayəsində vətənimizin daha işıqlı sabahları, xalqımızın xoş və gözəl günləri hələ qarşıdadır. Bizi Qarabağın və Şərqi Zəngəzurun tam bərpası, sakinlərin hamısının öz yurdlarında yerləşdirilməsi, iqtisadiyyatımızın, qeyri-neft sektorunun daha dinamik inkişafı, bərpaolunan enerjiyə keçid və s. bu kimi böyük uğurlar gözləyir. Biz bu hədəflərə cənab İlham Əliyevin rəhbərliyi ilə rahat şəkildə çatacağımıza inanırıq.

Sözümüzün sonunda isə sabah - 24 dekabr Cənab İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona polad kimi möhkəm cansağlığı arzulayırıq.







 
 

Bizimlə əlaqə saxlayın