“Səsvermə günü tələbələr universitetlərdə olmayacaq”

23, 12, 23
17:30

“Səsvermə günü tələbələr universitetlərdə olmayacaq”

“Səsvermə günü tələbələr universitetlərdə olmayacaq. Tətil günündə tələbələr müxtəlif yerlərə gedə bilərlər. Ona görə tələbələr harada olur- olsun, səs verə bilməlidir”. 

“Azərbaycan Reallığı” xəbər verir ki, bunu bu gün keçirilən Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib.


“Bununla bağlı Emin müəllimlə (elm və təhsil naziri Emin Əmrullayev -red.) görüşmüşük. Siyahını verməyə hazırdılar. Tələbələrin səsverməsi məsələsini dəqiqləşdirməliyik. Tələbələr əgər 6 ay bir evdə kirayə qalırsa, artıq orada səs verə bilər, yox əgər kirayədən çıxırsa, qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verməlidir” - M.Pənahov deyib.
 

Bizimlə əlaqə saxlayın