Partiya sədrindən namizədlərə həqarət: “Dövlətçilik şüurları aşağıdır”

01, 01, 24
15:00

Partiya sədrindən namizədlərə həqarət: “Dövlətçilik şüurları aşağıdır”

“İlham Əliyevdən başqa heç kimin 40 min imza toplamağa malik olduğunu düşünmürəm. Burada söhbət təkcə Əvəz Temirxandan getmir”.  

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. 

O. prezidentliyə namizədliyini verən şəxslərin 40 min imza toplaya bilməsi məsələsinə münasibət bildirib.

Xatırladaq ki, müvəqqəti olaraq fəaliyyətini dayandıran Azərbaycan Liberal Partiyasının sədri, hüquqşünas Əvəz Temirxan seçki kampaniyası üçün hər kəsdən 1 manat istəyib. Bir çox analitiklərin fikrincə, Ə. Temirxan başda olmaqla digər özünü buraxan partiya sədrlərinin prezidentliyə namizədliklərini verməsi məntiqsizdir.

Onlar iddia edirlər ki, “Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq 5 min imza toplayıb partiyasını ayaqda saxlaya bilməyən şəxslərin prezidentliyə namizəd üçün 40 min imza toplaması mümkünsüzdür.

S. Cəlaloğlu da eyni rəyi bölüşdüyünü qeyd edib Onun sözlərinə görə, bir çox namizədliyini verənlər şəxslər etiraf edib ki, bu, həddən artıq çətin məsələdir:

“İndi onlar öz namizədliklərini veriblər. Əvvəl bu məsələdə girov məsələsi var idi ki, işi yüngülləşdirirdi. Yəni pul qoyub namizədliyini qeydiyyata aldırırdın. İndi bu, çox çətin bir məsələdir. Son zamanlar ölkədə kimsə kiminsə imza topladığının şahidi olub?”

“O namizədlərin çoxu adının hallandırılması üçün namizədliklərini verib iştirak etmək istəyirlər. Hər bir Azərbaycan vətəndaşı prezidentliyə namizədliyini elan edə bilər.

Sadəcə real prezidentlik institutuna hörmət edən adam bu cür addım atmaz. Əslində, bu adamların böyük əksəriyyətinin namizədliklərini irəli sürməsi prezidentlik institutuna ola yüngül münasibətləri ilə bağlıdır. Buna səbəb isə insanlarımızda dövlətçilik şüurunun aşağı olmasıdır”, – deyə o, söyləyib.

Bizimlə əlaqə saxlayın