2024 seçkilər ili olacaq - 50-dən çox ölkə səsverməyə hazırlaşır

02, 01, 24
13:30

2024 seçkilər ili olacaq - 50-dən çox ölkə səsverməyə hazırlaşır

Yenicə qədəm qoyduğumuz 2024-cü il dünyada seçkilər ili olacaq.

"Azərbaycan Reallığı" saytının xarici KİV-lər istinadən verdiyi məlumata görə, bu il dünyanın 50-dən çox ölkəsində prezident və parlament seçkiləri keçirləcək.

2024-cü ildə ən böyük seçkilər Hindistanda keçiriləcək: ölkənin 1,4 milyard əhalisi var ki, onlardan 945 milyonu seçkilərdə iştirak edərək səs verə biləcək. Hindistanda isə seçkilər aprel və may ayında baş tutacaq. 

Bu il Rusiya, Cənubi Afrika və İranda da seçkilər keçiriləcək.


Bir sıra ölkələr yayda Avropa Parlamentinə səsvermədə iştirak edəcək.

Bu il Avstriya, Belçika, Litva, Slovakiya, Portuqaliya, Rumıniya, Xorvatiya və Finlandiyada prezident və ya parlament seçkiləri keçiriləcək.


Qlobal ÜDM-in dörddə birini istehsal edən və dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da da prezident seçkilər keçiriləcək. Amerika seçicilər noyabr ayında səs verəcəklər.

2024-cü ildə seçki keçirən böyük iqtisadiyyatlara malik digər ölkələr sırasına Cənubi Koreya (1,7 trilyon dollar), Meksika (1,5 trilyon dollar) və İndoneziya (1,3 trilyon dollar) daxildir.


Seçkilərin keçiriləcəyi ölkələr sırasında Banqladeş, Pakistan, Tayvan da olacaq. 

Həm iqtisadiyyat, həm də əhali baxımından ən kiçik seçki Tuvaluda olacaq.

Bu il fevralın 7-də Azərbaycanda da növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bizimlə əlaqə saxlayın